
Anri rəsmən İtaliya klubunda
- 25 Avq 2021 18:45
- 678
İtaliyanın “Venetsiya” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, A Seriyası təmsilçisi Belçikanın “Leuven” klubundan Tomas Anrini transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb.
Anri bu mövsüm Belçika çempionatında 4 oyunda 3 qol vurub.