Ançelottinin oğlu Braziliya klubundan ayrıldı
- 13:00
- 32
Tanınmış mütəxəssis Karlo Ançelottinin oğlu Davide "Botafoqo"nun (Braziliya) baş məşqçisi vəzifəsindən ayrılıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Globo"nun iddiasına görə, müqavilənin ləğvinə səbəb italiyalı mütəxəssisin fitnes məşqçisi Luka Gerranın futbolçuların çoxsaylı zədəsinə görə işdən çıxarılması olub. D.Ançelotti rəhbərliyə məşqçilər heyətinin bütovlüklə saxlanılacağı təqdirdə qalacağını bildirib. Ancaq onun bu şərti qəbul edilməyib.
D.Ançelotti daha əvvəl "Real"da atasının köməkçisi olub. "Botafoqo" onun baş məşqçi kimi çalışdırdığı ilk klubdur.
Qeyd edək ki, D.Ançelotti 2025-ci ilin yayında Braziliya klubunun "sükanı arxasına" keçmişdi. Komanda onun rəhbərliyi altında 14 qələbə qazanıb, 11 heç-heçə edib və 7 dəfə məğlub olub.