Mərakeş millisinin futbolçusu Sofyan Abramat "Atletiko" və "Barselona"nın onunla maraqlanması haqda xəbərlərə münasibət bildirib.

Rekord.az xəbər verir ki, futbolçu bundan qürur duyduğunu açıqlayıb: "Bu cür klubların mənimlə maraqlanması, adımın onlarla yanaşı çəkilməsi qürurvericidir. Amma mən bu gün "Fiorentina"nın futbolçusuyam və burada özümü çox xoşbəxt hiss edirəm. Bizim əla məşqçimiz və kollektivimiz var".