
Amil Yunanovdan son xəbər
- 11 Dek 2022 10:28
- 696
Uzun müddətdir ki, zədədən əziyyət çəkən "Şamaxı"nın hücumçusu Amil Yunanovun vəziyyəti yaxşıdır.
Rekord.az xəbər verir ki, 29 yaşlı hücumçu bir neçə gündür ki, kollektiv məşqlərə qoşulub.
Özümü yaxşı hiss edən futbolçunun hər hansı ağrısı yoxdur. Həkimlərin də yekun rəyinə görə, futbolçu 17-ci tur çərçivəsində ayın 13-də Şamaxıda "Zirə"yə qarşı keçiriləcək oyundan komandasına kömək edə bilər.