Almaniya Bundesliqasının 32-ci turunda "Bohum"a qarşı matçda (0:0) ciddi zədə alan "Haydenhaym"ın qapıçısı Kevin Müllerin beyni silkələnib.


Rekord.az xəbər verir ki, oyunun 49-cu dəqiqəsində rəqib futbolçu İbrahima Sissoko ilə toqquşmadan sonra huşunu itirən qolkiper xəstəxanaya çatdırılıb.


Müayindən sonra onun beyninin silkələndiyi aşkar edilib. 34 yaşlı "əlcək sahibi"nin nə qədər sıradan çıxdığı bəlli deyil.


Müller 2015-ci ildən "Haydenhaym"da çıxış edir.