Almaniya millisində qruplaşma var
- 16 Dek 2022 19:30
- 450
Almaniya millisinin sabiq qapıçısı Oliver Kan maraqlı açıqlama ilə diqqət çəkib.
Rekord.az xəbər verir ki, “Rossiyskaya qazeta” (rg.ru) saytına müsahibəsində o, bundestimin uğursuz çıxışına da toxunub.
Veteran qapıçı milli komandada qruplaşma olduğunu iddia edib: "Millidə futbolçular iki yerə bölünübsə və qruplaşma yaranıbsa, bu vəziyyətdən çıxış yolu tapılması çox çətindir. Üstəlik, hazırlıq üçün yetəri qədər vaxt da yox idi. Flikin isə bu qısa müddət ərzində vəziyyəti dəyişmək üçün təcrübəsi yetərli deyil. Həm də bir qədər sərt ola bilmədi..."