Almaniya millisi ilə dünya çempionu olmuş futbolçu Diter Hertsoq vəfat edib.


Rekord.az xəbər verir ki, bu barədə yerli federasiya məlumat yayıb.


Sabiq yarımmüdafiəçi 79 yaşında ölüb.


Qeyd edək ki, Diter Hertsoq Qərbi Almaniya millisində beş oyun keçirib və 1974-cü ildə dünya çempionatının qalibi olub.