“Yuventus" 2014-cü ildən bəri ilk dəfə Çempionlar Liqasının pley-offunu buraxacaq.

Rekord.az xəbər verir ki, komandanın baş məşqçisi Massimiliano Alleqri bu mövsüm komandasının nəticələri barədə fikirlərini bölüşüb.

“Football İtalia”ya istinadən xəbər verir ki, o deyib: “İndi Avropa Liqası haqqında düşünmək mənasızdır. Biz diqqətimizi A Seriyasına yönəltməliyik. Sabah (bu gün - red.) çətin oyun (“Leççe”yə qarşı - red.) olacaq. Bu vəziyyətdən çıxmalıyıq. Ancaq bunu bir matçla edə bilməyəcəyik. Futbolçularımızın mənəvi dəyərləri var və mən onlara çox güvənirəm. Ümidsizliyə qapılmaq lazım deyil, əks halda bu vəziyyətdən çıxa bilməcəyik.  Sabahkı oyunun nə qədər vacib olduğunu bilirik. Çempionlar Liqasındakı nəticələrdən asılı olmayaraq, “Leççe” ilə görüşdə vahid qüvvə kimi özümüzü göstərməliyik”.

Qeyd edək ki, hazırda “Yuventus" A Seriyasında 11 oyundan sonra 19 xalla səkkizinci yerdədir.