
Aleksey Baqa: “İlk oyunda 1 qol vura bilsəydik...”
- 13 Fev 2022 17:40
- 508
“Sumqayıt”ın baş məşqçisi Aleksey Baqa Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri cavab oyununu (1:1, ilk oyun 0:1) şərh edib.
Rekord.az xəbər verir ki, belaruslu mütəxəssis matçdan sonra bunları söyləyib:
“İlk oyunda 1 qol vura bilsəydik, bu gün meydana daha rahat çıxa bilərdik. Matça geridə başlamaq futbolçulara psixoloji baxımdan mənfi təsir etdi”.