"Real"ın və Avstriya millisinin müdafiəçisi David Alaba Almaniya millisinin DÇ-2022-də mübarizəni dayandırmasını xatırlayıb.

Rekord.az "Bild"ə istinadən xəbər verir ki, o, çox məyus olduğunu bildirib: 

“Mən əsəbiləşdim. Mən məşqçi Hans-Diter Fliki yaxşı tanıyıram. Bu komandanın bir çox futbolçuları mənim dostlarımdır. Mən uzun illərimi Almaniya futbolu üçün sərf etmişəm. Bu, çox kədərli idi".

Qeyd edək ki, Almaniya millisi DÇ-2022-də E qrupundan çıxmağı bacarmamışdı və mübarizəni dayandırmışdı. Turnirin qalibi Argentina yığması olub. 

Xatırladaq ki, Alaba Almaniyada "Bavariya" və "Hoffenhaym" kimi komandaların formasını geyinib.