Azərbaycan milli komandasının qapıçılar üzrə məşqçisi Dmitri Kramarenko Rusiyada çalışa bilər.

Rekord.az “championat” nəşrinə istinadən xəbər verir ki, SSKA klubu onu komandaya cəlb etmək istəyir.

48 yaşlı mütəxəssisin Mosvka klubunda qapıçılar üzrə məşqçi olmağa əsas namizəd olduğu bildirilib. Əldə etdiyimiz məlumata görə, veteran qapıçınəın Moskvada yaşayan ailəsi də bu təklifdən çox mənmujndur və Dimaya Rusiya paytaxtına qayıtmağı tövsiyyə edir. Onlar istəyir ki, Kramarenko bu təklifi dəyərləndirib Moskvaya geri dönsün.

Qeyd edək ki, millimizin keçmiş qapıçısı yığmamızdan əvvəl “Neftçi” və “Qəbələ” klublarında da məşqçilik edib.