Ağstafa şəhəri Səadət Şükürova adına 3 saylı tam orta məktəbin idman zalında Qazax-Tovuz Regional Gənclər və idman idarəsinin Ağstafa rayonu üzrə Gənclər və İdman sektorunun təşkilatçılığı ilə Heydər Əliyev ilinə həsr olunmuş Ağstafa Uşaq Gənclər İdman Məktəbinin sərbəst güləş üzrə daxili birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, birincilikdə 73 nəfər yeniyetmə güləşçi mübarizəyə qatılıb.

Yarışın yekununda hakimlərin qərarı ilə yüksək yerləri tutmuş qalib idmançılar diplomlarla təltif olunub.