“Səbail”in növbəti mövsüm üçün hədəfləri, büdcəsi hələlik məlum deyil. Məlum olan yalnız odur ki, Bayıl təmsilçisi növbəti mövsümdə də Premyer Liqada mübarizə aparacaq.

Lakin Rekord.az xəbər verir ki, komandanın elitada çıxış etməsi belə, hələlik baş məşqçi Aftandil Hacıyev üçün yetərli zəmanət deyil.

O, rəhbərlikdən stabil maaşla bağlı da zəmanət istəyir. İstəmir ki, növbəti mövsümdə də bu mövsümkü kimi, aylarla maaş yubanması olsun. Yalnız bu zəmanəti də alandan sonra yeni müqavilə bağlamaq niyyətindədir.