Azərbaycan millisi sabah növbəti oyununu keçirəcək.

Rekord.az xəbər verir ki, dünən Maltaya yollanan yığmamız ilk yoldaşlıq görüşündə ev sahibləri ilə qarşılaşacaq.

Komandamız 5 gün sonra yenə bu ölkədə Latviya ilə üz-üzə gələcək. Canni De Byazinin sərəncamındakı futbolçular Maltaya səfərdən böyük qazancla qayıda bilər.

Bunun üçün AFFA-nın onlardan yeganə tələbi qələbə qazanılmasıdır. Hər uğurlu nəticə kollektiv üzvlərini 30 min manat irəli gələcək.

Heç-heçəyə görə alacaqları məbləğ 10-15 min manat təşkil edəcək. (sportinfo.az)