Çempionlar Liqasının dünən keçirilən “Leyptsiq” - “Real” (Madrid) oyununda Azərbaycana qarşı təxribat barədə məlumatımız var".

Rekord. az xəbər verir ki, bu sözləri qol.az-a açıqlamasında AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla bildirib. 

Xəbər verdiyimiz kimi, oyunda tribunalardan birində (ehtimal olunur ki, meydan sahibi olan alman azarkeşlərin oturduğu sektorda) Qarabağda yerləşmiş separatçıların qondarma “bayrağı” asılıb. FİFA və UEFA-nın qaydalarına əsasən, futbol oyunları zamanı hər hansı siyasi addım tamamilə qadağan edilib

F.Abdullanın dediyinə görə, məsələ ilə əlaqədar AFFA sənədlər hazırlayıb və AFFA-ya müraciət ünvanlanacaq.