
AFFA sözünü tutmadı, "Region Liqası"nın startı təxirə düşdü
- 31 Okt 2022 12:00
- 616
Keçən həftə start götürməli olan "Region Liqası" təxirə salınıb.
Rekord.az xəbər verir ki, bunun səbəbi AFFA-nın iştirakçı komandalar qarşısında verdiyi sözü tuta bilməməsi olub.
Belə ki, federasiya iştirakçı komandaları çempionatın startına kimi, forma və toplarla təmin edəcəyinə dair söz vermişdi. Lakin bu vədini çatdırıb yerinə yetirə bilməyib. Buna görə də "Region Liqası"nın yeni mövsümünün startı ən azı 1 həftəlik irəli çəkilib.