AFFA sənədləri saxtalaşdıranları futboldan uzaqlaşdırdı
- 15:45
- 30
Azərbaycanda üç şəxs müxtəlif müddətlərdə futboldan uzaqlaşdırılıb.
Rekord.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
AFFA Region Liqasında iştirak edən Naxçıvan Futbol Klubunun baş məşqçisi Hüseynzadə İsmayıl Rövşən oğlu tərəfindən lisenziyaların alınması üçün təqdim olunmuş sənədlər saxtalaşdırıldığı üçün onun 3 (üç) il ərzində futbola aid olan istənilən fəaliyyətdə iştirak etməyinə qadağa qoyulsun.
AFFA Region Liqasında iştirak edən Çinar-Zəngilan Futbol Klubunun İdman direktoru Dünyamalıyev Anar Zahir oğlu tərəfindən lisenziyaların alınması üçün təqdim olunmuş sənədlər saxtalaşdırıldığı üçün onun 3 (üç) il ərzində futbola aid olan istənilən fəaliyyətdə iştirak etməyinə qadağa qoyulsun.
AFFA Region Liqasında iştirak edən Baku TFK-nın İcraçı direktoru Mustafayev Rövşən Yaşar oğlu lisenziyaların alınması üçün təqdim olunmuş sənədlərin saxtalaşdırılmasından məlumatlı olduğu üçün onun 1 il 6 ay müddət ərzində futbola aid olan istənilən fəaliyyətdə iştirak etməyinə qadağa qoyulsun.