
AFFA "Səbail"i iranlılara satmaqdan imtina etdi ÖZƏL!
- 17 Avq 2021 14:00
- 972
İranlı iş adamı "Səbail" klubunu almaq istəyib.
Rekord.az-a bununla bağlı maraqlı məlumat daxil olub.
Azərbaycanda da ticarət qurmağı düşünən həmin şəxs futbol klubu da saxlamaq fikrində olub və ona "Səbail" məsləhət görülüb. Çevrəsi vasitəsi ilə AFFA-ya istəklərini çatdırsalar da, federasiya klubu iranlılara satmaqdam imtina edib.
Məlumata görə, həmin şəxs ilk mövsüm üçün kluba 1 milyon dollar ayırmağı düşünürmüş.