
AFFA "Qəbələ"yə əlavə vəsait ayırmayacaq
- 29 İyl 2022 12:00
- 526
AFFA hələ də "Qəbələ"yə vəd etdiyi vəsaiti onun hesabına köçürməyib.
Rekord.az xəbər verir ki, federasiya bu problemin SOCAR-dan qaynaqlandığını əsas gətirir.
Yəni SOCAR vəsait ayırmalıdır ki, AFFA da o pulu klubların hesabına köçürsün. Bu arada, əldə etdiyimiz məlumata görə, Qəbələ təmsilçisinin büdcə artımı ilə bağlı federasiyaya müraciəti müsbət cavablandırılmayıb. Səbəb isə bunun üçün əlavə vəsaitin olmamasıdır.