AFFA nəhayət ki, U-21 millisinin baş məşqçisi Milan Obradoviçlə bağlı qərarını verib.

Rekord.az xəbər verir ki, çox düşünüb-daşınan federasiya rəhbərliyi serbiyalını saxlamağa qərar verib.

Amma müəyyən şərtlər qarşılığında. Çünki son seçmə mərhələ U-21-lərimiz üçün uğurlu olmadı. Bu mənada Obradoviçin gedəcəyi gözlənilirdi. Halbuki başqa heç bir təklifi olmayan məşqçi özü Azərbaycanda qalmaqda maraqlı idi. Sonda elə oldu ki, əvvəllki maaşından daha az məbləğ qarşılığında AFFA serbiyalı ilə razılığa gəldi. Belə ki, bu günə qədər ayına 35 min dollar maaş alan Obradoviç yeni müqaviləyə görə, bundan sonra 30 min dollar maaş alacaq.