AFFA-nın keçirdiyi çempionatda biabırçılıq: uşaqlar su və otaq tapmır
- 12 Dek 2022 12:00
- 499
AFFA-nın bayrağı altında aşağı yaş qruplarından ibarət komandaıar arasında keçirilən ölkə çempionatı ilə bağlı tez-tez şikayət xarakterli məlumatlar alırıq.
Rekord.az xəbər verir ki, son bu vür məlumat Xırdalan Olimpiya İdman Kompleksi ilə bağlı olub.
Valideynlər şikayət edir ki, sözügedən məkanda uşaqların paltarlarını dəyişməsi üçün otaq yoxdur. Daha doğrusu otaqlar var, amma onlar çox vaxt uşaqlara verilmir. Ona görə də oyuna gələn uşaq komandaları çox vaxt paltarlarını ya maşında, ya da çöldə dəyişirlər. Bundan başqa, arenada ciddi şəkildə su və istilik problemi də var. Ümid edirik ki, aidiyatı qurumlar və şəxslər bununla bağlı ciddi tədbir görəcək.