Xəbər verdiyimiz kimi, AFFA İcraiyyə Komitəsinin bu yaxınlarda keçirilən iclasında qəbul olunan qərarlardan biri də I Divizionla bağlı oldu. Qərara görə I Divizionla bağlı yeni meyarlar hazırlanmalı və bu meyarlara cavab verən komandalar I Diviziona buraxılmalıdır.

Rekord.az xəbər verir ki, qərara ən tez reaksiyanı "Füzuli" komandası verib.

Belə ki, millət vəkili Vüqar Bayramovu da söhbətə qoşan Füzuli təmsilçisi artıq şifahi formada federasiyaya müraciət edib. Komanda rəhbərliyi hazırda sponsor axrarışını davam etdirir. Bununla bağlı sosial şəbəkələrdə elan da verilib.