
AFFA-nın I Divizion üçün daha iki namizədi
- 05 Fev 2022 15:00
- 1175
Xəbər verdiyimiz kimi, AFFA növbəti mövsümdə I Diviziona da yeni komandalar gətirmək istəyir.
Rekord.az xəbər verir ki, bu mənasa əsas favoritlər "Xan Lənkəran" və "Cəbrayıl"dı.
Lakin əldə etdiyimiz məlumata görə, federasiya daha iki komandaya divizionla bağlı söz verib. Bunlar "Energetik"lə "İsmayıllı"dır. Lakin bir məsələ var ki, bu komandalar sponsor məsələsini martın ortalarına kimi həll etməlidir.