Bu yaxınlarda AFFA-nın Lisenziyalaşdırma Qrupunun nümayəndələri Naxçıvanda olub və klubun Premyer Liqaya hazırlıq prosesi ilə tanış olub.

Rekord.az-a daxil olan məlumata görə, federasiyanın əsas tələbi təbii ki, bank təminatı ilə bağlı olub.

Bizə çatan məlumata görə, digər səbəb də işıqlandırmaq sisteminə olub. Bildirilib ki, komanda elitada çıxış etmək istəyirsə, bu məsələni də həll etməlidir. Çünki yay aylarında Naxçıvan çox isti olur və işıqlandırma sistemi olmadığı halda günorta saatlarında bura oyun salmaq sağlamlıq üçün təhlükə yarada bilər.