AFFA milli komandaları kimlərə tapşıracaq?
- 13:00
- 47
AFFA yanvarda milli komandaların yeni baş məşqçilərini açıqlayacaq.
Rekord.az xəbər verir ki, U-19, U-17, U-16, U-15 millilərinin baş məşqçiləri ilə müqavilələr dekabrın sonunda yekunlaşır.
Yanvar ayında qərar veriləcək ki, kiminlə yola davam edilsin, kiminlə yollar ayrılsın.
Qeyd edək ki, son zamanlar aşağı yaş qruplarından ibarət milli komandaların böyük hesablı məğlubiyyətləri futbol ictimaiyyəti arasında narazılıqla qarşılanıb.