Oktyabrın 17-dən AFFA-nın təşkil etdiyi aşağı yaş qrupu üzrə liqaların 2020/2021 mövsümünün başlanılması nəzərdə tutulurdu. 

Rekord.az xəbər verir ki, 17, 18, 19, 20, 21, 22, 23 oktyabr tarixlərində keçirilməsi nəzərdə tutulan bütün liqaların oyunları təxirə salınıb. 

Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Oyunların keçiriləcəyi tarixlər barədə əlavə məlumat yerləşdiriləcək.