
AFFA II Divizionda yarışacaq hər komandaya nə qədər pul verəcək? ÖZƏL!
- 08 İyn 2023 17:00
- 1116
Məlum olduğu kimi, bu ildən Azərbaycan futbolunda II Divizionda yaradılacaq və ilkin mərhələdə 10 komandanın orada iştirakı nəzərdə tutulub.
Rekord.az xəbər verir ki, hələlik iştirakçı komandaların adları məlum olmasa da, divizionla bağlı müəyyən məlumatlar əldə edə bilmişik.
Peşəkar statuslu olacaq bu divizionda klublardan futbolçuları ilə rəsmi müqavilələr də tələb olunacaq. Eyni zamanda, iştirakçılara AFFA tərəfəindən maliyyə yardımı da olacaq. Belə ki, federasiya II Divizionda çıxış edəcək hər komandaya illik 300 min manat vəsait ayıracaq.