Xəbər verdiyimiz kimi, bir neçə ay bundan qabaq AFFA tərəfindən yaradılan “Gənc Veteranlar İttifaqı” fəaliyyətini dayandırıb.

Rekord.az-a bununla bağlı maraqlı məlumatlar daxil olub.

Qərarı AFFA-nın icraçı vitse prezident-baş katibi Elxan Məmmədov verib. Səbəb isə istədiyi effekti ala bilməməsidir. Bu qurum əslində Nazim Süleymanovun rəhbəri olduğu həmkarlar ittifaqına rəqib olaraq yaradılmışdı. Yəni Süleymanovun ətrafında olan narazı futbol veteranlarını şirnikləndirərək bura cəlb etmək və onlardan AFFA-nın xeyrinə istifadə etmək. Lakin bu plan baş tutmadı. Çünki gənc veteranların əksəriyyəti federasiyayanın qulu olmadı. Yəni ya tərəfsiz qaldılar, ya da açıqlamalarında futbolumuzdakı problemləri olduğu kimi dilə gətirdilər. Xüsusilə Zaur Ramazanov və Ramiz Məmmədovu qeyd etmək olar. Məsələn, Ramazanov bu yaxınlarda verdiyi açıqlamalarla AFFA-nı demək olar ki, parter vəziyyətinə saldı. Bütün bunları görən Elxan Məmmədov bu quruma maliyyə ayırmağın özü üçün mənasız olduğunu görüb onun fəaliyyətinə xitam verdi.