
AFFA-dan urvatsız yubiley: veteranlar narazı gedib
- 14 Dek 2022 14:00
- 518
Xəbər verdiyimiz kimi, AFFA bu yaxınlarda özünün 30 illik yubileyini keçirdi. Çox urvatsız şəkildə.
Rekord.az xəbər verir ki, federasiya yalnız öz əməkdaşlarından ibarət komanda ilə futbol veteranlarının yoldaşlıq matçını təşkil etdi.
Özünün gözdək-qulaqdan uzaq tikdiyi Mərdəkandakı "Dalğa Arena"da. Maraqlıdır ki, tədbirə media, ümumiyytlə, dəvət olunmamışdı. Bəlkə də oyunun gözdən-qulaqdan uzaq yerə salınması da ona hesablanmışdı ki, jurnalistlər gedə bilməsin. Urvatsızlıq tək bununla yekunlaşmır. Tədbirə dəvət olunan qonaqlara qarşı laqeyd, etinasız münasibət sərgilənib. Təsəvvür edin ki, oyundan sonrfa adi banket belə, təşkil olunmayıb. Tədbir bitər-bitməz AFFA rəhbərliyi avtomobillərinə oturub arenanı tərk ediblər. Oyuna dəvət alan veteranlar da onlara qarşı münasibətdən narazı qalıb.