
AFFA bu bölgəyə də "hə" dedi
- 21 Okt 2021 11:00
- 799
Xəbər verdiyimiz kimi, yenidən fəaliyyətini bərpa edən Yevlaxın "Karvan" komandası "Region Liqası"nda iştirak üçün sənədlərini AFFA-ya təqdim etmişdi.
Rekord.az xəbər verir ki, artıq bölgə təmsilçisinə cavab gəlib.
Belə ki, federasiya Yevlax təmsilçisinin önündə yaşıl işıq yandırıb və onların "Region Liqası"nda iştirakına icazə verib.