
Adil Şükürov istefa verdi, "Kəpəz"i növbəti oyuna kim çıxardacaq?
- 02:20
- 81
Bu gün Misli Premyer Liqasının 5-ci turu çərçivəsində "Qəbələ"yə 0:3 hesabı ilə uduzan "Kəpəz"in baş məşqçisi Adil Şüküroc istefa verib.
Rekord.az-a daxil olan məlumata görə, matçdan sonra komanda geri dönərkən, Şükürov qərarını rəhbərliyə bildirib.
Rəhbərlik də öncədən ona iki oyun vaxt verdiyi üçün istefa qərarını qəbul edib. Komandanı "Turan Tovuz"la növbəti oyuna böyük ehtimalla Azər Məmmədov hazırlayacaq və elə oyuna da yəqin ki, o çıxardacaq.