Rumıniyanın Buxarest şəhərində U-23 Avropa çempionatı davam edir.

Rekord.az xəbər verir ki, sabah qadın güləşçilər mübarizəyə qoşulacaq.

Bu gün güləşin bu növü üzrə püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticələri belədir:

50 kq
Təsnifat mərhələsi
Şəhanə Nəzərova - Mariya Leorda (Moldova)

53 kq
1/4 final
Gültəkin Şirinova - Mariya Ferone (İtaliya)

55 kq
Təsnifat mərhələsi
Elnurə Məmmədova - Angelika Mitkovska (Polşa)

57 kq
Təsnifat mərhələsi
Jalə Əliyeva - Aleksandr Xomenets (Ukrayna)

65 kq
Təsnifat mərhələsi
Birgül Soltanova - Gergana Stoyanova (Bolqarıstan)

68 kq
Təsnifat mərhələsi
Nigar Mirzəzadə - Suzanna Molnar (Slovakiya)

Qeyd edək ki, sabah Şəhanə, Elnurə və Nigar mübarizəyə start verəcək. Digər qadın güləşçilərimiz isə növbəti gün xalçaya çıxacaq.