
AÇ-2020: Xorvatiya millisində koronavirus şoku
- 27 İyn 2021 13:19
- 543
Xorvatiya milli komandasının futbolçusu İvan Perişiç koronavirusa yoluxub.
Rekord.az xəbər verir ki, bu barədə Xorvatiya Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb. Perişiçin koronavirus testi müsbət çıxıb.
32 yaşlı hücumçu Xorvatiya yığmasının AÇ-2020-nin 1/8 final mərhələsində İspaniyaya qarşı keçirəcəyi oyunda iştirak edə bilməyəcək.