“Neftçi”nin iki oyunçusu – Vensan Abubakar və Sessi Dalmeyda Misli Premyer Liqasının 16-cı turunun “Karvan-Yevlax”la oyununu (20 dekabr) buraxacaqlar.


Rekord.az xəbər verir ki, Abubakar və Sessi bu müddət ərzində Bakıda olmayacaqlar.


Onlar müvafiq olaraq Kamerun və Benin millisi ilə Afrika Millətlər Kubokunda iştirak edəcəklər.


Afrika Millətlər Kuboku dekabrın 21-dən yanvarın 19-a qədər qədər keçiriləcək.


“Neftçi”nin “Karvan-Yevlax”a qarşı oyunu Bakı klubu üçün ilin son matçı olacaq.