“Çelsi” rəhbərliyi komandanı gücləndirmək niyyətindədir.

Rekord.az xəbər verir ki, rəhbərlik yayda önəmli transferlər etməyi planlaşdırır.

Məlumata görə, “Çelsi”nin sahibi bunun üçün 300 milyon avro ayırmağı düşünür.

Əsas hədəf də bəllidir: Yaxın vaxtlarda Çempionlar Liqasının qalibi olmaq. “Çelsi”nin əsas transfer hədəfi də məlumdur. Prioritet Dortmund “Borussiya”sının hücumçusu Erlinq Holandın alınmasıdır.

Məlumata görə, Abramoviç bu transfer üçün istənilən məbləği ödəməyə hazırdır.