Abbasovla Mahmudovun FİFA-nın səsverməsində kimlərə səs verdikləri bilindi
- 17:20
- 31
FİFA dünən Qətərin paytaxtı Dohada 2024/2025-ci illər mövsümü üzrə dünya futbolunun ən yaxşılarının adlarını açıqlayıb.
Rekord.az xəbər verir ki, ilin ən yaxşı kişi baş məşqçisi Luis Enrike, futbolçusu Osman Dembele, qapıçısı isə Canluici Donnarumma seçilib.
Ölkələrin milli komandalarının baş məşqçiləri və kapitanlarının iştirak etdiyi etdiyi səsvermədə Azərbaycan Ayxan Abbasov və Emin Mahmudovla təmsil olunub.
Ayxan Abbasov ən yaxşı futbolçu üçün səsvermədə Əşrəf Hakimi (1-ci yer), Kilian Mbappe (2-ci yer) və Məhəmməd Salaha (3-cü yer) səs verib.
Emin Mahmudovun seçimi isə belə olub: Kilian Mbappe (1-ci yer), Osman Dembele (2-ci yer), Lamin Yamal (3-cü yer).
Ayxan Abbasov ilin məşqçisi kimi ilk yerə PSJ-nin baş məşqçisini layiq görüb: Luis Enrike (1-ci yer), Arne Slot (2-ci yer), Mikel Arteta (3-cü yer).
Emin Mahmudovun seçimi isə belədir: Luis Enrike (1-ci yer), Enzo Mareska (2-ci yer), Arne Slot (3-cü yer).
Qapıçı seçiminə gəlincə, Ayxan Abbasovun ilk üçlüyü belədir: Canluici Donnarumma (1-ci yer), Manuel Noyer (2-ci yer), Yann Zommer (3-cü yer).
Emin Mahmudov da Ayxan Abbasov kimi Donnarummanı ilk yerə layiq görüb: Canluici Donnarumma (1-ci yer), Tibo Kurtua (2-ci yer), Alisson Bekker (3-cü yer).