"Flamenqo" baş məşqçisi Filipe Luislə müqavilənin müddətini uzadıb.


Rekord.az xəbər verir ki, bu barədə Braziliya A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.


40 yaşlı mütəxəssisin sözləşməsinin müddəti 2027-ci ilə qədər artırılıb.


O, 2024-cü ildən "Flamenqo"nu çalışdırır. Komanda Filipe Luisin rəhbərliyi altında Libertadores Kubokunu, Braziliya Kubokunu və superkubokunu qazanıb.