
A komanda ilə heç-heçə oynadılar, yeni geyim dəstlərinə qovuşdular FOTO
- 12:00
- 140
"Sumqayıt" Futbol Akademiyasının nəzdində fəaliyyət göstərən, AFFA-nın bayrağı altında keçirilən yarışların Şimal zonasında ŞRFF adı altında çıxış edən "Sumqayıt" U-12-nin B komandası A komanda ilə yoxlama görüşü keçirib.
Rekord.az xəbər verir ki, görüş 1:1 hesabı ilə başa çatıb.
Qarşılaşmadan sonra B komandanın futbolçularına yeni geyim dəstləri paylanılıb.
Qeyd edək ki, Azad Mütəllimovun komandası yeni mövsümə uğurlu başlayıb və ilk iki turu qələbə ilə başa vurub. Həftəsonu 3-cü tur çərçivəsində "Məhəllə uşaqları" ilə üz-üzə gələcək.