Rüstəm Əhmədzadə Premyer Liqada 100-cü oyununu keçirib. 


Rekord.az xəbər verir ki, “Sumqayıt”ın yarımmüdafiəçisinin yubileyi Misli Premyer Liqasının XV turuna təsadüf edib.


25 yaşlı futbolçu “Neftçi” ilə qarşılaşmaya (2:2) start heyətində çıxıb.


O, 100 matçda 10 qola imza atıb. Debütü 2021/22 mövsümünə təsadüf edən Əhmədzadə üç klubun formasını geyinib. O, “Zirə”də 80 (6 qol), “Sumqayıt”da 14 (4 qol), “Qarabağ”da 6 dəfə şans qazanıb.


Qeyd edək ki, Rüstəm turnirin tarixində 100 və daha çox oyun keçirən 450-ci futbolçu olub.