Misli Premyer Liqasının baş tutan 16 turunun 95 matçında 36 penalti təyin olunub.


Rekord.az PFL-ə istinadən xəbər verir ki, orta hesabla hər oyunda 0,38, yəni hər 237,5 dəqiqədə bir dəfə 11 metrlik cərimə zərbəsi vurulub.


Bunlardan 29-u dəqiq olub. Futbolçuların dəqiqliyi 80,56 faiz təşkil edib.


Meydan sahibləri 19, qonaqlar 17 dəfə belə imkan qazanıb. Öz meydanında oynayanlar 2, səfər matçına çıxanlar 5 şansı qaçırıb.


Premyer Liqanın bütün komandaları penalti imkanı qazanıb. “Qarabağ”la “Sumqayıt” daha çox – hərəyə 5 belə zərbə vurub. Ağdam klubu 100 faizlik nəticə göstəribsə, Sumqayıt təmsilçisi yalnız iki dəfə dəqiq olub.


“İmişli” də üç penalti qaçırıb. Həm debütant, həm də “Qəbələ” penaltidən qol sevinci yaşamayıb: “Qarabağ” – 5, “Sumqayıt” – 5 (3-ü qeyri-dəqiq), “Neftçi” – 4, “Kəpəz”, “Sabah”, “Şamaxı”, “Zirə”  – 3, “İmişli” – 3 (3), “Araz-Naxçıvan”, “Karvan-Yevlax”, “Turan Tovuz” – 2, “Qəbələ” – 1 (1).


12 klubdan 11-i penalti ilə cəzalanıb. Yalnız “Sabah”ın qapısına 11 metrlik cərimə zərbəsi təyin edilməyib: “Araz-Naxçıvan” – 7 (1-i qeyri-dəqiq), “Karvan-Yevlax” – 6, “Qarabağ” – 5 (2), “Neftçi” – 3, “Qəbələ”, “Turan Tovuz” – 3 (1), “Kəpəz”, “Şamaxı”, “İmişli” – 2, “Zirə” – 2 (1), “Sumqayıt” – 1 (1).


36 penaltini 22 futbolçu yerinə yetirib. Aleksandr Ramalinqom 5 belə imkan qazanıb. “Sumqayıt”ın legioneri yalnız 2 zərbədə sevinib. Toral Bayramov (“Qarabağ”) 4, Emin Mahmudov (“Neftçi”) və Ruan Renato (“Zirə”) 3 dəfə penaltini qola çevirib.