
2027-ə qədər "Bavariya"da
- 26 Dek 2022 15:56
- 394
"Bavarya"nın futbolçusu Luka Hernandes klubu ilə yeni müqavilə imzalamağa razılıq verib.
Rekord.az Almaniya mətbuatına istinadən xəbər verir ki, fransalı müdafiəçi ilə müqavilənin müddəti 2027-ci ilin iyununa kimi uzadılacaq.
Qeyd edək ki, Hernandes 2019-cu ilin iyulundan "Bavariya"da çıxış edir. O, 2022/23 mövsümündə Münhenin təmsilçisinin heyətində 11 matçda 1 qol vurub, 1 qolun ötürməsini verib.