2025-ci ilin ən yaxşıları Dubayda mükafatlandırıldılar
- 00:40
- 32
“Globe Soccer Awards” 2025-ci il üzrə qaliblərin siyahısı açıqlanıb.
Rekord.az xəbər verir ki, qaliblər Dubayda keçirilən tədbirdə öz mükafatlarına qovuşublar.
PSJ-nin hücumçusu Usman Dembele 2025-ci ilin ən yaxşı futbolçusu elan edilib.
PSJ-nin digər üzvü Dezire Due isə 2025-ci ilin ən yaxşı gənc futbolçusu seçilib.
Digər nominasiyada PSJ-nin daha bir futbolçusu Vitinya 2025-ci ilin ən yaxşı yarımmüdafiəçisi adına layiq görülüb.
PSJ-ni çalışdıran Luis Enrike ilin ən yaxşı baş məşqçisi mükafatına layiq görülüb.
Fransa nəhəngi PSJ də "Globe Soccer Awards"ın 2025-ci il üzrə ən yaxşı futbol klubu seçilib.
"Barselona"nın gənc forvardı Lamin Yamal "Globe Soccer Awards" mərasimində 2025-ci ilin ən yaxşı hücumçusu adına layiq görülüb.
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun ulduz hücumçusu Kristiano Ronaldo 2025-ci ildə Yaxın Şərqin ən yaxşı futbolçusu elan edilib.