"Roma" 2025-ci ildə İtaliya A Seriyası təmsilçiləri arasında ən çox qələbə qazanan komanda olub.


Rekord.az xəbər verir ki, paytaxt klubu ili 26 qələbə ilə başa vurub.


"Roma" A Seriyasında dördüncü dəfədir ki, il ərzində 25-dən çox qələbə qazanıb. Komanda 2006 və 2016-cı illərdə 26, 2017-ci ildə isə 28 qələbə qazanıb.


Roma klubu 2025-ci ildə ümumilikdə 82 xal toplayıb. Can Pyero Qasperininin rəhbərlik etdiyi kollektiv bu göstəricidə "İnter" (77 xal) və "Napoli"ni (75 xal) üstələyiblər.


Qeyd edək ki, "Roma" İtaliya A Seriyasında 17 oyundan sonra 33 xalla dördüncü pillədə qərarlaşıb.