
2-ci liqa komandalarının cəzası açıqlandı
- 13:40
- 37
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Rekord.az xəbər verir ki, bu gün keçirilən iclasda 2-ci Liqanın 3-cü turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Quba” – “Şəmkir” oyununun 46-cı dəqiqəsində “Quba”nın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Quba”ya xəbərdarlıq edilib.
“Şirvan” – “Göygöl” oyununda “Göygöl”ün nümayəndələrində “A buraxılışı” vəsiqəsi olmadığına görə “Göygöl” komandası 100 manat cərimə edilib.
“Şirvan” – “Göygöl” oyununda “Göygöl” komandasının həkimi olmadığına görə “Göygöl” komandası 100 manat cərimə edilib.
“Kür-Araz” – “Araz Saatlı” oyununda “Kür-Araz” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Kür-Araz” komandası 70 manat cərimə edilib.
“Şəki Siti” – “Qaradağ Lökbatan” oyununun 85-ci dəqiqəsində “Qaradağ Lökbatan” komandasının 6 nömrəli futbolçusu İsa Zeynallı ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Qaradağ Lökbatan” komandası 50 manat cərimə edilib.
“Şəki Siti” – “Qaradağ Lökbatan” oyununda Əsasnamənin 9-cu maddəsinin 4-cü bəndi pozulduğuna görə “Şəki Siti” 100 manat cərimə edilib.