
2-ci Liqa klubunun rəsmisinə 6 aylıq cəza
- 16:15
- 38
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda 2-ci Liqanın 4-cü turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Ağdaş” – “Quba” oyununda “Ağdaş”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün “Ağdaş” komandası 70 manat cərimə edilib. Oyun bitdikdən sonra “Ağdaş”ın futbolçusu Elvin İsmayılov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb, “Ağdaş” komandası 150 manat cərimə edilib. Oyun bitdikdən sonra “Ağdaş”ın futbolçusu Ağamurad Hüseynov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb, “Ağdaş” komandası 800 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Ağdaş” komandası 250 manat cərimə edilib. Oyun bitdikdən sonra “Quba”nın futbolçusu Nihad Əliyev qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb, “Quba” komandası 800 manat cərimə edilib.
“Dinamo” – “Göygöl” oyununda “Dinamo”nun həkimi olmadığına görə “Dinamo” komandası 100 manat cərimə edilib. “Göygöl”ün də həkimi olmadığına və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə “Göygöl” komandası 150 manat cərimə edilib.
“Xankəndi” – “Sheki City” oyununun 45+2-ci dəqiqəsində “Xankəndi”nin futbolçusu Əziz Hüseynov ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimi təhqir etdiyinə görə 4 oyun cəzalansın, “Xankəndi” komandası 1000 manat cərimə edilib.
“Şəmkir” – “Ağstafa Gəncləri” oyununda “Ağstafa Gəncləri” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Ağstafa Gəncləri” komandası 70 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Şəmkir” komandası 250 manat cərimə edilib.
“Kür-Araz” – “Şirvan” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə matç gec başladığı üçün “Kür-Araz” komandası 200 manat cərimə edilib.
“Sheki City” komandasının rəsmisi Elgün Hüseynov bəzi futbolçuların sənədlərini düzgün təqdim etmədiyinə görə 6 ay müddətinə futbolla bağlı fəaliyyətdən məhrum edilib.