2-ci Liqa klublarının cəzası açıqlandı
- 13:40
- 28
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda 2-ci liqanın 10-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Quba” – “Ağstafa Gəncləri” oyununun 21-ci dəqiqəsində “Quba” komandasının 5 nömrəli futbolçusu Ramin Məhərrəmov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Quba” komandası 100 manat cərimə edilib.
“Quba” – “Ağstafa Gəncləri” oyununun 61-ci dəqiqəsində “Quba” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Quba” komandası 300 manat cərimə edilib.
“Quba” – “Ağstafa Gəncləri” oyununda “Ağstafa Gəncləri” komandasında 6 nəfər sarı vərəqə aldığı üçün “Ağstafa Gəncləri” komandası 70 manat cərimə edilib.
“Göygöl” – “Şəmkir” oyununa Təcili Tibbi Yardım avtomobili gec gəldiyinə görə matç gec başladığı üçün “Göygöl” komandası 200 manat cərimə edilib.
“Kür-Araz” – “Xankəndi” oyununda “Kür-Araz” komandası matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə “Kür-Araz” komandası 150 manat cərimə edilib.