"Qarabağ" qış hazırlıqlarını davam etdirir.

Rekord.az xəbər verir ki, Ağdam təmsilçisinə menecerlər tərəfindən tez-tez yeni futbolçular təklif olunur.

Bunlardan biri nigeriyalı Tolu Arokodaredi. "Amen"in üzvü Fransa Liqa 2-də bu mövsüm 17 matçda 5 qol vurub, 2 məhsuldar ötürmə edib.

197 sm boyu olan 22 yaşlı forvardın komandası ilə müqaviləsi 2023-cü ilin iyununda başa çatacaq. ("Futbol plus")