Fransa millisinin yarımmüdafiəçisi Eduardo Kamavinqanın Millətlər Liqasının IV turunda Xorvatiya ilə görüşdə meydana çıxması əlamatdar olub.

Rekord.az xəbər verir ki, bu, 17 yaşlı futbolçunun millidəki 3-cü görüşü olub.

O, daha öncə Xorvatiya və Ukrayna yığmalarına qarşı da forma geyinmişdi.

"Renn"in yarımmüdafiəçisi 110 il sonra 18 yaşı tamam olmadığı haldada 3 oyun keçirən oyunçu kimi bu rekordu təkrarlayıb. İlk dəfə bu uğuru 1910-cu ildə Daniel Merse bacarmışdı.