111 il əvvəlki uğuru təkrarladılar
- 14:20
- 29
İngiltərənin "Aston Villa" klubu 111 il əvvəlki uğurunu təkrarlayıb.
Rekord.az xəbər verir ki, bu, Premyer Liqanın 17-ci turunda "Mançester Yunayted"lə matçda reallaşıb.
Mançester təmsilçisini 2:1 hesabı ilə üstələyən Unay Emerinin rəhbərlik etdiyi komanda bu mövsüm bütün turnirlərdə ardıcıl 10-cu qələbəsini qazanıb. Bu qələbələrin 3-ü UEFA Avropa Liqasında, 7-si isə Premyer Liqada əldə edilib.
London klubu sonuncu dəfə 1914-cü ildə ardıcıl 10 qələbə qazanmışdı.
Qeyd edək ki, "Aston Villa" hazırda Premyer Liqanın turnir cədvəlində 36 xalla 3-cü pillədə yer alıb.