1-ci Liqa klubu heyətini serbiyalı futbolçu ilə gücləndirdi
- 23 Sen 2025 18:40
- 173
Azərbaycanın 1-ci Liqa klubu "Baku Sportinq" heyətini serbiyalı futbolçu Luka Stevanoviçlə gücləndirib.
Bu barədə Rekord.az-a klubun mətbuat xidmətindən məlumat verilib.
Ötən mövsüm də Bakı klubunun formasını geyinmiş serbiyalı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 27 yaşlı oyunçunun son klubu Belarus təmsilçisi "Molodeçno" olub.